...

Olland: Qəzaya uğrayan təyyarənin göyərtəsində Almaniya, İspaniya və Türkiyə vətəndaşları olub

Dünya xəbərləri Materials 24 Mart 2015 17:07 (UTC +04:00)
Təyyarə qalıqlarının vəziyyəti deməyə əsas verir ki, qəza nəticəsində heç kəs sağ qalmayıb
Olland: Qəzaya uğrayan təyyarənin göyərtəsində Almaniya, İspaniya və Türkiyə vətəndaşları olub

Azərbaycan, Bakı, 24 mart /Trend/

Qəzaya uğrayan A 320 təyyarəsinin göyərtəsində Almaniya, İspaniya və Türkiyə vətəndaşları olub. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu Fransa Prezidenti Fransua Olland deyib.

Prezident bildirib: "Çox güman ki, Fransanın cənubunda A 320 təyyarəsinin qəzaya uğraması nəticəsində sağ qalan yoxdur".

O qeyd edib ki, təyyarə qalıqlarının vəziyyəti deməyə əsas verir ki, qəza nəticəsində heç kəs sağ qalmayıb: "Təyyarə dağlıq ərazidə qəzaya uğrayıb".

Qəzaya uğramış "Airbus" təyyarəsi Barselonadan Düsseldorfa uçurdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti