...

"Nina Ricci" moda evinin varisi məhkum həyatı yaşayacaq

Dünya xəbərləri Materials 13 Aprel 2015 20:33 (UTC +04:00)
Paris məhkəməsi "Nina Ricci" moda evinin varisi Arlet Riççini 1 illik həbs cəzasına məhkum edib və iri məbləğdə cərimələyib.
"Nina Ricci" moda evinin varisi məhkum həyatı yaşayacaq

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Paris məhkəməsi "Nina Ricci" moda evinin varisi Arlet Riççini 1 illik həbs cəzasına məhkum edib və iri məbləğdə cərimələyib.

Trend-in "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata əsasən, 73 yaşlı varis vergidən yayınmaqda və qanunsuz gəlirlərin leqallaşdırılmasında təqsirli bilinir.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, xanım A.Riççi İsveçrədə HSBC bankının hesablarında 22 milyon avro vəsait gizlədib.

O, 1 milyon avro cərimə ödəməlidir, bundan başqa, varisin dəyəri 4 milyon avro olan iki daşınmaz əmlakı müsadirə olunacaq. Həmçinin, A.Riççi Fransa xəzinəsinə ödənilməmiş bir neçə milyon avroluq vergi vəsaitini daxil etməli, ölkə hökumətinə isə mənəvi zərərə görə 100 min avro ödəməlidir.

A.Riççinin qızı 51 yaşlı Marqo Vinya isə 8 ay şərti həbs cəzası alb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti