...

Dağıstanda Doku Umarovun davamçısı öldürüldü

Dünya xəbərləri Materials 20 Aprel 2015 18:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Dağıstanda "Qafqaz əmirliyi" qruplaşmasının lideri Doku Umarovun davamçısı Əliashab Kebekov öldürülüb.

Trend "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Antiterror Komitəsi də təsdiq edib.

Komitənin məlumatında deyilir: "Məhv edilmiş quldurlar bunlardır: 1972-ci il təvəllüdlü Əliashab Kebekov - "Qafqaz əmirliyi" terror təşkilatının rəhbəri Doku Umarovun zərərsizləşdirilməsindən sonra onu əvəzləmişdi; 1982-ci il təvəllüdlü Şamil Hacıyev - respublikanın Untsukul rayonu ərazisində gizli silahlı qruplaşmaya rəhbərlik edirdi. 1980-ci il təvəllüdlü Omar Maqomedov - gizli qruplaşmanın Dağıstandakı "mərkəzi sektoru"nun rəhbəri olub.

Beləliklə, "Qafqaz əmirliyi" terror təşkilatının və Şimali Qafqaz ərazisində fəaliyyət göstərən cinayətkar qruplaşmanın rəhbərliyi məhv olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti