...

Türkiyəli nazir: Ermənistan özünü beynəlxalq enerji layihələrindən təcrid edib

Dünya xəbərləri Materials 23 Aprel 2015 10:08 (UTC +04:00)
Ermənistanın Azərbaycana qarşı yeritdiyi işğalçı siyasəti onu regiondakı beynəlxalq enerji layihələrində iştirakdan təcrid edib.
Türkiyəli nazir: Ermənistan özünü beynəlxalq enerji layihələrindən təcrid edib

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

Ermənistanın Azərbaycana qarşı yeritdiyi işğalçı siyasət onu regiondakı beynəlxalq enerji layihələrində iştirakdan təcrid edib.

Trend-in "Gazeteuzay"a istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri Volkan Bozkır deyib.

Onun sözlərinə görə, Ermənistan özünə böyük ziyan vurur.

1915-ci il hadisələrini şərh edərkən V.Bozkır vurğulayıb ki, Türkiyə heç vaxt bu hadisələri "erməni soyqırımı" kimi tanımayacaq.

Nazir həmçinin qeyd edib ki, 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıyan ölkələr bunun mənfi nəticələri barədə düşünməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti