...

Vaşinqtonda şirkət prezidenti ailəsi ilə birgə qətlə yetirilib

Dünya xəbərləri Materials 16 May 2015 10:21 (UTC +04:00)
“American Iron Works” (AIW) inşaat şirkətinin prezidenti Savvas Savopolos, həyat yoldaşı, oğlu və xidmətçisi ilə birgə Vaşinqtonun şimal-qərb hissəsindəki evində qətlə yetirilib. Trend “İnterfaks”a istinadən xəbər verir.
Vaşinqtonda şirkət prezidenti ailəsi ilə birgə qətlə yetirilib

Azərbaycan, Bakı, 16 may /Trend/

"American Iron Works" (AIW) inşaat şirkətinin prezidenti Savvas Savopolos, həyat yoldaşı, oğlu və xidmətçisi ilə birgə Vaşinqtonun şimal-qərb hissəsindəki evində qətlə yetirilib. Trend "İnterfaks"a istinadən xəbər verir.

Meyitləri yanğın çağırışına gələn yanğınsöndürmə briqadası tapıb. Əvvəlcə, ailə üzvlərinin yanğın nəticəsində həlak olduğu güman edilib. Daha sonra meyitlərdə bıçaq və ya küt alət izi aşkarlanıb.

AIW prezidentinin iki böyük qızı da var. Onlar başqa ştatda təhsil alırlar. Polis onların yerini müəyyənləşdirib və qızların təhlükəsiz yerdə olduğunu bildirib.

Polis ailəyə məxsus "Porsche" markalı göy avtomobil ilə bağlı məsələni araşdırır. Maşın da yanmış halda Prins-Corc dairəsində (Virciniya ştatı) tapılıb.

Savopolos ailəsinin 4,5 milyon dollar dəyərində olan evi ABŞ-ın vitse-prezidenti Co Baydenin rəsmi iqamətgahı yaxınlığında yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti