Azərbaycan, Bakı, 8 iyul /Trend/
İtaliya hüquq-mühafizə orqanlarının əməkdaşları zəngin Siciliya ailəsinə məxsus 1,6 milyard avrodan çox dəyərində olan aktiv müsadirə edib. Ailənin mafiya ilə əlaqəsi olduğu güman edilir. Trend bu barədə "İnterfaks" agentliyinə istinadən xəbər verir.
Söhbət Korleone klanı ilə əlaqəsi olan Marineo ailəsindən gedir.
Əməliyyat Palermo şəhərində həyata keçirilib.