...

Suriya miqrantlarına İzmirə giriş bağlandı

Dünya xəbərləri Materials 13 Avqust 2015 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/

Suriyalı qaçqınlarının Türkiyənin İzmir şəhərinə girməsi qadağan olundu. Trend bu barədə "Milliyet" qəzetinə istinadən məlumat verir.

Belə bir addım atmağa səbəb miqrantların Avropa ölkələrinin ərazisinə qeyri-qanuni keçmək üçün İzmirdən tranzit məntəqəsi kimi istifadə etməsi olub.

Bu məqsədlə İzmirdən 60 min qaçqın çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti