...

İndoneziyada sərnişin təyyarəsi yoxa çıxıb

Dünya xəbərləri Materials 16 Avqust 2015 16:51 (UTC +04:00)
İndoneziyada göyərtəsində 54 nəfər olan sərnişin təyyarəsi havaya qalxandan bir az sonra radarlardan itib.
İndoneziyada sərnişin təyyarəsi yoxa çıxıb

Azərbaycan, Bakı, 16 avqust /Trend/

İndoneziyada göyərtəsində 54 nəfər olan sərnişin təyyarəsi havaya qalxandan bir az sonra radarlardan itib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, ölkənin şərq bölgəsində yoxa çıxan təyyarədə 5-i uşaq olmaqla 49 sərnişin və 5 heyət üzvü olub.

Hadisə ilə bağlı araşdırma aparılır.


Məqalədə:
Xəbər lenti

Xəbər lenti