Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/
Bu gün Türkiyənin Baş naziri Əhməd Davudoğlu müvəqqəti hökumətin tərkibini prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib. Trend bu barədə "TRT Haber" telekanalına istinadən məlumat verir.
Bundan sonra Türkiyədə təkrar parlament seçkilərinin keçirilməsinə hazırlıq başlayacaq.