...

Baş nazir: Türkiyədə təkrar parlament seçkiləri insidentsiz ötüşəcək

Dünya xəbərləri Materials 4 Sentyabr 2015 15:31 (UTC +04:00)
Əhməd Davudoğlu ölkənin cənub-şərq rayonlarında təkrar parlament seçkilərinin heç bir insident olmadan baş tutacağına zəmanət verib.
Baş nazir: Türkiyədə təkrar parlament seçkiləri insidentsiz ötüşəcək

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Baş naziri Əhməd Davudoğlu ölkənin cənub-şərq rayonlarında təkrar parlament seçkilərinin heç bir insident olmadan baş tutacağına zəmanət verib. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Baş nazir bildirib ki, müxalifət liderlərininqeyri-sabit vəziyyətin Türkiyənin cənub-şərq rayonlarında təkrar parlament seçkilərinin keçirilməsinə mane olacağı ilə bağlı bəyanatı həqiqəti əks etdirmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti