Azərbaycan, Bakı, 5 sentyabr /Trend/
İsrailin baş naziri Binyamin Netanyahunun bu ay Londona gözlənilən səfəri zamanı yol verdiyi hərbi cinayətlərə görə həbs edilməsini tələb edən petisiya 100 min britaniyalı tərəfindən imzalanıb.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, petisiya avqustun 7-də Briyaniya parlamentinin saytında dərc edilib. 65 yaşlı Binyamin Netanyahunun 2014-cü ildə iki mindən çox fələstinlinin ölümündə təqsirli olduğunu iddia edən petisiyanın müəllifi Demian Moran onun həbs edilməsini tələb edir.
Qaydaya əsasən 100 min imza toplayan petisiya parlamentdə müzakirəyə çıxarılır. On min səsin toplanacağı təqdirdə isə Britaniya hökuməti tərəfindən ona rəsmi cavab verilməlidir.