Azərbaycan, Bakı, 8 sentyabr /Trend/
"Türkiyə ərazisi terrorçulardan təmizlənəcək".
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Hakkari vilayətində baş vermiş terror aktı ilə bağlı keçirdiyi mətbuat konfransında bəyan edib.
"O dağlar terroristlərdən təmizlənəcək. Nə olursa olsun təmizlənəcək. Bu ölkənin dağları, düzənlikləri, şəhərləri terroristlərə verilməyəcək", deyə Ə.Davudoğlu bildirib.
Onun sözlərinə görə, terrorla mübarizə daha əzmlə davam etdiriləcək.
Qeyd edək ki, Hakkari vilayətində baş vermiş terror aktı nəticəsində 16 insan həlak oldu, 6 insan yaralandı.