...

İranlı parlamentari: Rusiya heç vaxt etibarlı tərəfdaş olmayıb

Dünya xəbərləri Materials 8 Oktyabr 2015 19:36 (UTC +04:00)
Rusiya heç vaxt etibarlı tərəfdaş olmayıb.
İranlı parlamentari: Rusiya heç vaxt etibarlı tərəfdaş olmayıb

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

Rusiya heç vaxt etibarlı tərəfdaş olmayıb. Bunu Trend-ə müsahibəsində İran parlamentinin Energetika komissiyasının birinci katibi Əmir Abbas Soltani deyib.

Onun sözlərinə görə, Tehran "Buşəhr" AES-in tikintisi zamanı Rusiyanın İrana qarşı mövqeyinin şahidi oldu: "Rusiya bundan sonra da yalnız öz maraqlarından çıxış edərək fəaliyyət göstərəcək".

Ə.A.Soltani qeyd edib ki, İrana neft satışına görə sanksiyalar tətbiq ediləndə Rusiya Tehranı dəstəkləmək üçün neft ixracını azalda bilərdi: "Lakin Moskva bunu etmədi və bununla da İran iqtisadiyyatına güclü zərbə vurdu".

O, əlavə edib ki, İran sanksiyalar tam aradan qaldırıldıqdan sonra neft və qaz satışı və hasilatını artıracaq: "İran Rusiyanın maraqlarına zərər vursa da, öz iqtisadi və siyasi maraqlarına uyğun hərəkət edəcək. Bununla belə, Rusiya ilə olan ümumi maraqları unutmaq olmaz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti