...

Putin Medvedevi mükafatlandırdı

Dünya xəbərləri Materials 15 Oktyabr 2015 06:11 (UTC +04:00)
Rusiya prezidenti Vladimir Putin ölkənin baş naziri Dmitri Medvedevi I dərəcəli “Vətən qarşısında xidmətlərə görə” ordeni ilə təltif edib
Putin Medvedevi mükafatlandırdı

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Rusiya prezidenti Vladimir Putin ölkənin baş naziri Dmitri Medvedevi I dərəcəli "Vətən qarşısında xidmətlərə görə" ordeni ilə təltif edib.

Trend-in RİA Nosvosti-yə istinadən verdiyi məlumata görə, müvafiq fərman hüquq informasiya portalında yerləşdirilib.

Qeyd edilir ki, baş nazir Rusiya Federasiyasının sosial-iqtisadi inkişafına verdiyi töhfələrə görə mükafatlandırılıb.

"Dövlət qarşısında görkəmli xidmətlərinə görə, Rusiya Federasiyasının sosial-iqtisadi inkişafına verdiyi böyük töhfəyə görə Medvedev Dmitri Anatoleviç I dərəcəli "Vətən qarşısında xidmətlərə görə" ordeni ilə təltif edilsin", - fərmanda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti