...

İranda mədən çöküb

Dünya xəbərləri Materials 16 Oktyabr 2015 18:02 (UTC +04:00)
İranın "Nigintabaas" şirkətinə məxsus mədən çöküb.
İranda mədən çöküb

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

İranın "Nigintabaas" şirkətinə məxsus mədən çöküb. Bu barədə Trend IRINN xəbər kanalına istinadən məlumat verir.

Məlumata əsasən, mədənin çökməsi nəticəsində orada 4 nəfər qalıb.

Hadisə yerli vaxtla ötən axşam saat 03:30-da mədənin 200 metr dərinliyində baş verib. Hadisə baş verdiyi zaman mədəndə 50 mədənçi olub, onlar salamat çıxarılıblar.

Hazırda dörd mədənçinin də xilas edilməsi üçün işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti