...

Aslandüz - Horadiz sərhəddində yeni körpü tikiləcək

Dünya xəbərləri Materials 10 Noyabr 2015 11:45 (UTC +04:00)
Gömrük fəaliyyətlərinin yaxşılaşdırılması və Azərbayan və İran arasəmda ticari əlaqələri inkişaf etdirmək məqsədi ilə Azərbaycanla sərhəddə Xudafərin bölgəsində Horadiz şəhəri yaxınlığında iki ölkə arasında körpü tikiləcək.
Aslandüz - Horadiz sərhəddində yeni körpü tikiləcək

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir Təmkin Cəfərov/

Gömrük fəaliyyətlərinin yaxşılaşdırılması və Azərbaycanla İran arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi məqsədi ilə Xudafərin bölgəsində - Horadiz şəhəri yaxınlığında iki ölkənin sərhəddində körpü tikiləcək.

Bu barədə Trend İranın dövlət televiziyasının rəsmi xəbər saytı "iribnews" İran parlamentinin İqtisadiyyat komissiyasının sədri və parlamentdə Xudafərin rayonunu təmsil edən Arsalan Fəthipura istinadən məlumat verib.

A.Fəthipur bildirib ki, hazırda Xudafərin gömrüyünün vasitəsi ilə məhsullar iki ölkəyə ötürülür və mallar qeydiyyata alınır: "Azərbaycanla əlaqələrimizi inkişaf etdirməkdə maraqlıyıq. Xüsusi ilə ticarət əlaqələrimizin artmasını istəyirik. Buna görə Qulibəyli qəsəbəsində dostluq körpüsünin tikilməsini istəyirik."

A.Fəthipur deyib ki, körpünün tikilməsi ilə bağlı ötən həftə paytaxt Tehrandan İranın Şəhərsalma və Yol Nazirliyinin ekspertləri bölgəyə baxış keçiriblər: "Tikiləcək körpünün yeri müəyyənləşdirilib. Ümid edirik ki, tezliklə körpünün tikintisi başlayacaq. Hər iki ölkə bu körpünün tikintisində maraqlıdır".

A.Fəthipur həmçinin Xudafərin bölgəsində İran və Azərbayan arasında müştərək bazarın fəaliyyətə başlayacağını da bildirib.

İranın Azərbaycandakı səfiri Möhsin Pakayin isə yeni tikiləcək körpü ilə bağlı bildirib ki, Araz çayı üzərində tikilməsi planlaşdırılan körpü İranın yolunu Gəncəyə və oradan da Gürcüstana yaxınlaşdıracaq. Həmçinin, Azərabycan vətəndaşlarının Naxçıvan MR-ə yolunu 110 km qısaldacaq."

Parsabad Ərdəbil vilayətinin şimalında yerləşir və Azərbaycan Respublikası ilə təxminən 100 kilometr ortaq quru və su sərhəddinə malikdir.

Azərbaycan və İran sərhəddində beynəlxalq marşrutlarda 6 sərhəd-keçid məntəqəsi mövcuddur ki, onlardan hazırda 5-i (Culfa, Şahtaxtı, Astara, Biləsuvar və İmişli sərhəd keçid məntəqələri fəaliyyət göstərir, Horadiz gömrük postu isə uzun müddətdir fəaliyyətini dondurub.

Körpünün avtomobil və yük maşınlarının gediş-gəlişi üçün nəzərdə tutulduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti