Azərbaycan, Bakı, 11 noyabr /Trend/
Çilinin şimalında Rixter şkalası üzrə 5,7 bal gücündə zəlzələ baş verib.
Trend-in TASS agentliyinə istinadən verdiyi xəbərə əsasən, yeraltı təkanların episentri Kalama şəhərindən 35 km şimal-şərqdə, ocağı isə 113 km dərinlikdə yerləşib.
Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.