...

Ərdoğan Türkiyənin prioritetlərini açıqladı

Dünya xəbərləri Materials 11 Noyabr 2015 13:44 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin prioritetlərini açıqlayıb.
Ərdoğan Türkiyənin prioritetlərini açıqladı

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin prioritetlərini açıqlayıb.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, Prezident bildirib ki, Türkiyə üçün prioritetlərdən biri ölkənin təhlükəsizliyinə təhdid törədən terror təşkilatları ilə mübarizə və ölkənin müdafiə sənayesinin gücləndirilməsidir.

Prezident bildirib ki, Türkiyə iqtisadi gücünü inkişaf etdirmək niyyətindədir.

Qeyd edək ki, son illər Türkiyədə "Hədəf-2023" layihəsi çərçivəsində yerli sənayenin inkişafına xüsusi yer ayrılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti