Bakı. Trend:
Türkiyənin Diyarbəkir vilayətində üç polis məntəqəsinə silahlı hücum edilib. Trend-in Türkiyənin "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, hücum nəticəsində 39 nəfər yaralanıb, polis məntəqələrin binaları güclü xəsarət alıblar.
İlkin məlumata görə, hücum edənlər PKK üzvləridir.
Hücum edənlərin saxlanılması üzrə xüsusi əməliyyat başlanılıb.
Trend-in məlumatına görə, terrorçular bir polis bölməsinin yaxınlığında minalanmış avtomobili partladıb, daha sonra binanı qumbaraatanlardan atəşə tutublar.