...

ABŞ-da yeni terror aktlarının törədilməsi ehtimalı var

Dünya xəbərləri Materials 15 Fevral 2016 12:11 (UTC +04:00)
"İslam Dövləti" (İŞİD) terror təşkilatı ABŞ-da yeni terror aktları törədə bilər.
ABŞ-da yeni terror aktlarının törədilməsi ehtimalı var

Bakı. Elçin Hüseynov - Trend:

"İslam Dövləti" (İŞİD) terror təşkilatı ABŞ-da yeni terror aktları törədə bilər. Trend CBS telekanalına istinadən xəbər verir ki, bu barədə Mərkəzi Kəşfiyyat Agentliyinin (MKA) direktoru Con Brennan bu gün bəyan edib.

Onun fikrincə, təşkilat ABŞ-a öz üzvlərini və terror aktlarının təşkili üçün lazımi maddələri göndərməyə çalışacaq: "Bundan başqa, terrorçular ABŞ ərazisinə muzdlu döyüşçülərini cəlb edərək planlarını həyata keçirə bilərlər. Amma hesab etmirəm ki, mütləq müvəffəqiyyət əldə edəcəklər".

MKA başcısı bildirib ki, Agentliyin köməyi ilə Avropada bir çox terror aktlarının qarşısı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti