...

Ruslar Türkiyə ilə əlaqələrin bərpasını istəmir

Dünya xəbərləri Materials 17 Fevral 2016 12:54 (UTC +04:00)
Rusiya əhalisinin əksəriyyəti Türkiyə ilə siyasi səviyyədəki əlaqələrin bərpasını istəmir.
Ruslar Türkiyə ilə əlaqələrin bərpasını istəmir

Bakı. Elçin Hüseynov - Trend:

Rusiya əhalisinin əksəriyyəti Türkiyə ilə siyasi səviyyədəki əlaqələrin bərpasını istəmir. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Ümumrusiya İctimai Fikrin Öyrənilməsi Mərkəzinin (ÜİFÖM) yeni sorğusu göstərir.

Sorğunun nəticələrinə görə, əhalinin üçdə birindən çoxu Moskva ilə Ankara arasındakı bütün əlaqələrin dayandırılmasının leyhinədir.

Rusiya vətəndaşlarının 23%-i Türkiyə ilə münasibətləri düşmənçilik kimi dəyərləndirib, 47%-i gərgin, 14%-i isə soyuq adlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti