Bakı. Rufiz Hafizoğlu - Trend:
Ankaradakı terror aktının arxasında PKK-nın Suriya qolu YPG (kürd xalq özünümüdafiə dəstələri) dayanır. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanları terror aktında şübhəli bilinən 9 nəfəri saxlayıb.
Qeyd edək ki, ötən gün Suriya vətəndaşı Salih Necarın Ankarada törətdiyi terror aktında 28 nəfər ölüb.