...

TAK Ankaradakı hücuma görə məsuliyyəti öz üzərinə götürdü

Dünya xəbərləri Materials 19 Fevral 2016 22:39 (UTC +04:00)
Kürd Fəhlə Partiyası (PKK) ilə əlaqəli “Kürdüstan Azadlıq Şahinləri” (TAK) qruplaşması Ankaradakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
TAK Ankaradakı hücuma görə məsuliyyəti öz üzərinə götürdü

Bakı. Trend:

Kürd Fəhlə Partiyası (PKK) ilə əlaqəli "Kürdüstan Azadlıq Şahinləri" (TAK) qruplaşması Ankaradakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Trend-in Milliyet qəzetinə istinadən verdiyi məlumata əsasən, Türkiyənin paytaxtı Ankarada fevralın 17-də güclü partlayış baş verib.

Partlayış Türkiyə Böyük Millət Məclisindən 500 metr məsafədə, Türkiyənin Baş Qərargahı, hərbçilər üçün yataqxana və parlament binasının yaxınlığında baş verib. Partlayışın səbəbi minalanmış avtomobil olub. Türkiyə Baş Qərargahı partlayışı terror aktı adlandırıb. Ölkənin baş nazir müavini Numan Kurtulmuş Ankarada baş verən partlayış nəticəsində 28 nəfərin öldüyü, 61 nəfərin yaralandığı barədə açıqlama verib. Terror aktının əsas qurbanları hərbçilər olub, hadisə yerində olan Ankara sakinləri xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti