...

Almaniya miqrasiya qanunvericiliyini sərtləşdirir

Dünya xəbərləri Materials 25 Fevral 2016 17:37 (UTC +04:00)
Bir neçə aylıq müzakirələrdən sonra Almaniya Bundestaqı miqrasiya qanunvericiliyini sərtləşdirmək qərarına qəlib.
Almaniya miqrasiya qanunvericiliyini sərtləşdirir

Bakı. Elçin Hüseynov - Trend:

Bir neçə aylıq müzakirələrdən sonra Almaniya Bundestaqı miqrasiya qanunvericiliyini sərtləşdirmək qərarına qəlib.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, yeni qanuna əsasən, sığınacaq almaq hüququ olmayan qaçqınlar ölkədən qısa zamanda deportasiya olunacaqlar.

429 deputat qanunun lehinə, 147-si isə əleyhinə səs verib.

Yeni qanunun müddəalarına əsasən, Almaniya sərhədlərində xüsusi qəbul nöqtələri yaradılacaq. Bu məntəqələrdə miqrantın Almaniyada sığınacaq almaq hüququnun olub-olmamasna dair ilkin qərar qəbul olunacaq. Belə bir hüquq olmadığı halda, miqrant dərhal ölkədən xaric ediləcək.

Xatırladaq ki, bu yaxınlarda Almaniya hökumətinin rəsmisi Ştefen Zaybert bildirib ki, Mərakeş, Əlcəzair və Tunis "təhlükəsiz dövlətlər" elan edilə bilər. Bu ölkədən gələn miqrantların Almaniyada qalmaq şansları daha az olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti