Bakı. Trend:
Tailandın paytaxtı Banqkokda qayığın mühərrikinin partlaması nəticəsində ən azı 58 nəfər yaralanıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, qayığın göyərtəsində təxminən 70 nəfər olub. Hadisə qayığın pirsdə dayanarkən baş verdiyi qeyd olunur.
Bütün yaralananlar xəstəxanaya çatdırılıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırırlar.
İlkin ehtimala görə, partlayış maye qazla işləyən mühərrikin nasazlığı səbəbindən baş verib.