...

Şimali Koreya Yapon dənizinə raket buraxıb

Dünya xəbərləri Materials 21 Mart 2016 13:03 (UTC +04:00)
Şimali Koreya ölkənin qərb sahillərində raket atışları həyata keçirib.
Şimali Koreya Yapon dənizinə raket buraxıb

Bakı. Trend:

Şimali Koreya ölkənin qərb sahillərində raket atışları həyata keçirib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Məlumata görə, yaxın radiuslu bir neçə raket Xamxın şəhəri ərazisindən Yapon dənizinə doğru buraxılıb.

Raketlərin təqribən 200 kilometrlik məsafə qət etdiyi bildirilir.

Bununla əlaqədar Cənubi Koreya qoşunları tam döyüş hazırlığı vəziyyətini saxlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti