...

Hindistan məbədində yanğın: 102 ölü, 300-dən çox yaralı (ƏLAVƏ OLUNUB-2) (VİDEO)

Dünya xəbərləri Materials 10 Aprel 2016 10:59 (UTC +04:00)
Hindistanın Kerala ştatındakı məbəddə güclü yanğın baş verib.
Hindistan məbədində yanğın: 102 ölü, 300-dən çox yaralı (ƏLAVƏ OLUNUB-2) (VİDEO)

Trend-i buradan izləyin

Xəbər yenilənib (ilk xəbər saat 05:24-də yayılıb)

Bakı. Trend:

Hindistanın Kerala ştatındakı məbəddə güclü yanğın baş verib.

Trend-in "Hindu" qəzetinə istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 102 nəfər ölüb, 300-dən çox adam yaralanıb.

Qeyd olunur ki, yaralıların çoxusu xəstəxanaya çatdırılarkən yolda ölüblər.

İlkin məlumata görə, Kollam şəhərində yerləşən məbəddə baş verən yanğına səbəb dini ayinlərin keçirilməsi zamanı fişənglərin partladılması olub. Yanğın yerli vaxtla 03:30-da başlayıb.

Yerli mətbuat hadisə nəticəsində məbədin tamamilə uçduğunu qeyd edir.

Bildirilir ki, polis fişənglərin partlayış təhlükəsi barədə əvvəllər məbəd əməkdaşlarına xəbərdarlıq edib, ondan istifadə etməyi qadağan edib. Görünür sonradan buna əhəmiyyət verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti