Hindistanda avtobus qəzaya uğrayıb, 25 artist ölüb

Dünya xəbərləri Xəbər 18 Aprel 2016 02:44 (UTC +04:00)

Bakı. Trend:

Hindistanın Odişa Ştatında opera truppasını daşıyan avtobusun qəzaya uğraması nəticəsində 25 nəfər ölüb, 11 nəfər yaralanıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə avtobus dağ yolda kəskin döngədən keçərkən baş verib. Ölən və yaralananlar arasında qadınlar və uşaqlar da var. Yaralanan 11 nəfərin vəziyyəti isə ağırdır.

Xəbər lenti

Xəbər lenti