Bakı. Trend:
Meksikanın paytaxtı Mexikoda cümə günü ekoloji həyəcanın birinci fazası elan olunub.
Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, həyəcan ozon konsentrasiyasının həddindən artıq olmasıdır.
Ekoloji həyəcan rejimi avtomobil nəqliyyatının istifadəsinə sərt məhdudiyyətlər nəzərdə tutur, həmçinin sənaye müəssisələrinin atmosferə tullantılarını 30%-40% azaltmağı tələb edir.