...

Putin: Rusiya terrorla mübarizədə sıx beynəlxalq əməkdaşlığa hazırdır

Dünya xəbərləri Materials 24 May 2016 12:55 (UTC +04:00)
Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Moskva terrorla mübarizə yolunda ən sıx beynəlxalq qarşılıqlı əməkdaşlığa hazırdır.
Putin: Rusiya terrorla mübarizədə sıx beynəlxalq əməkdaşlığa hazırdır

Bakı. Elçin Hüseynov - Trend:

Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Moskva terrorla mübarizə yolunda ən sıx beynəlxalq qarşılıqlı əməkdaşlığa hazırdır.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə V.Putinin Groznıy şəhərində keçirilən Təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək nümayəndələrinin 7-ci beynəlxalq görüş üçün açıqlamasında deyilir.

Rusiya dövlət başçısı bəyan edib ki, Kreml terrorizmlə mübarizədə bütün istiqamətlər üzrə - həm ikitərəfli, həm çoxtərəfli formatlarda, əməkdaşlığa hazırdır.

V.Putin deyib ki, görüşdə 75 ölkənin və BMT-nin nümayəndə heyətinin iştirakı sübüt edir ki, beynəlxalq içtimaiyyət partnyorluğun möhkəmlənməsi və global təhdidlərə müqavimət yolunda mübarızədə ciddi yanaşma nümayiş etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti