...

Ərdoğan: Almaniya Türkiyə ilə münasibətlərini qurban verməməlidir

Dünya xəbərləri Materials 31 May 2016 18:37 (UTC +04:00)
Almaniya 1915-ci il hadisələrinə görə Türkiyə ilə münasibətlərini qurban verməməlidir.
Ərdoğan: Almaniya Türkiyə ilə münasibətlərini qurban verməməlidir

Bakı. Rufiz Hafizoğlu - Trend:

Almaniya 1915-ci il hadisələrinə görə Türkiyə ilə münasibətlərini qurban verməməlidir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə tarixində heç vaxt erməni soyqırımı olmayıb.

R.T.Ərdoğan deyib ki, bu gün həmin məsələni Almaniya Kansleri Angela Merkellə müzakirə edib.

Xatırladaq ki, iyunun 2-də Almaniya parlamenti 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıyan qətnamə qəbul etmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti