...

Qahirədə ağır yol qəzası: 7 ölü, 22 yaralı

Dünya xəbərləri Materials 16 İyun 2016 07:30 (UTC +04:00)
Misirin paytaxtı Qahirədə ağır yol qəzası nəticəsində 7 nəfər ölüb, daha 22 nəfər yaralanıb.
Qahirədə ağır yol qəzası: 7 ölü, 22 yaralı

Bakı. Trend:

Misirin paytaxtı Qahirədə ağır yol qəzası nəticəsində 7 nəfər ölüb, daha 22 nəfər yaralanıb.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata əsasən, bir neçə avtomobilin iştirakı ilə baş verən qəza dairəvi yol ərazisində baş verib.

Qeyd olunur ki, qoşqulu yük avtomobilinin sürücüsü idarəetməni itirib və iki mikroavtobus, minik avtomobili ilə toqquşub. Qəzanın günahkarı saxlanılıb.

Xəbər lenti

Xəbər lenti