...

İraqa məxsus təyyarənin mühərrikində nasazlıq olub

Dünya xəbərləri Materials 22 İyun 2016 15:36 (UTC +04:00)
İstanbul-Ərbil (İraq) reysi ilə uçan "İraq Hava Yollar"nın (Zagrosjet) təyyarəsinin mühərriki Atatürk aeroportundan havaya qalxdıqdan sonra sıradan çıxıb.
İraqa məxsus təyyarənin mühərrikində nasazlıq olub

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbul-Ərbil (İraq) reysi ilə uçan "İraq Hava Yollar"nın (Zagrosjet) təyyarəsinin mühərriki Atatürk aeroportundan havaya qalxdıqdan sonra sıradan çıxıb.

Trend-in Türkiyənin "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, insident bu gün səhər saatlarında - 05:15-də baş verib.

Mühərrik dayandıqdan sonra təyyarə Atatürk hava limanına məcburi eniş edib.

Enişdən sonra bütün sərnişinlər təxliyə olunub. Onlar Ərbilə başqa reyslə yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti