Bakı. Trend:
Dünyada ən yaxşı Seçki Məcəlləsini qəbul etsək belə, Ermənistanda seçkilər saxtalaşdırılacaq, bu, işə yaramayacaq.
Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın "Helsinki komitəsi" ictimai təşkilatının sədri Avetik İşxanyan deyib.
Onun sözlərinə görə, problem Seçki Məcəlləsində deyil: "Seçki Məcəlləsi üçün lazımi məbləğ tapılsa da, seçkilərdən sonra ölkədə vəziyyət əvvəlki kimi olacaq".