...

Türkiyə HHQ-nin rəhbəri girovluqdan azad edildi

Dünya xəbərləri Materials 16 İyul 2016 19:13 (UTC +04:00)

Bakı. Trend:

Bundan əvvəl çevrilişə cəhd etmiş hərbçilər tərəfindən girov götürülmüş Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) rəhbəri, ordu generalı Abidin Ünal xüsusi əməliyyat zamanı azad edilib.

Bu barədə Trend TRT telekanalına istinadən məlumat verir.

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti