...

Yerevandakı silahlılar girovların azad edilməsi üçün şərt irəli sürüblər

Dünya xəbərləri Materials 29 İyul 2016 17:09 (UTC +04:00)

Bakı. Trend:

Yerevanda post-patrul xidməti polkunun binasını ələ keçirmiş silahlı qruplaşmanın üzvü Varujan Avetisyan bəyan edib ki, girov saxladıqları tibb işçiləri yeni briqada ilə əvəzlənəcəyi təqdirdə onları azad etməyə hazırdırlar.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, o deyib ki, burada girov yoxdur.

V.Avetisyan əlavə edib ki, tibb işçiləri özlərini yaxşı hiss edirlər və peşə borclarını yerinə yetirirlər.

Qeyd edək ki, iyulun 17-dən bir qrup silahlı şəxs Yerevan polisinin post patrul xidməti alayının binasını ələ keçirib. Hadisə zamanı alay komandirinin müavini polis polkovniki Artur Vanoyan öldürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti