...

1389 hərbi qulluqçu Türkiyə Silahlı Qüvvələrindən xaric edilib

Dünya xəbərləri Materials 31 İyul 2016 10:55 (UTC +04:00)
Fetullahçı Terror Təşkilatı ilə əlaqəsi olan 1389 hərbi qulluqçu Türk Silahlı Qüvvələrindən xaric edilib
1389 hərbi qulluqçu Türkiyə Silahlı Qüvvələrindən xaric edilib

Bakı. Trend:

Fetullahçı Terror Təşkilatı ilə əlaqəsi olan 1389 hərbi qulluqçu Türk Silahlı Qüvvələrindən xaric edilib.

Bu barədə Trend Anadolu agentliyinə istinadən xəbər verir.

Rəcəp Tayyib Ərdoğanın baş məsləhətçisi polkovnik Əli Yazıçı da xaric edilib.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisə nəticəsində 237 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti