...

Şimali Koreyalı general 40 mln. dollar mənimsəyərək Çinə qaçıb

Dünya xəbərləri Materials 1 Avqust 2016 12:55 (UTC +04:00)
Şimali Koreyalı general 40 milyon dollar mənimsəyərək Çinə qaçıb və hazırda üçüncü ölkəyə göndərilməsini gözləyir.
Şimali Koreyalı general 40 mln. dollar mənimsəyərək Çinə qaçıb

Bakı. Elçin Hüseynov - Trend:

Şimali Koreyalı general 40 milyon dollar mənimsəyərək Çinə qaçıb və hazırda üçüncü ölkəyə göndərilməsini gözləyir. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Koreyanın "KBS" telekanalının məlumatına əsasən, Koreya Xalq Demokratik Respublikasından (KXDR) qaçan generalın adı açıqlanmır. Yüksək rütbəli hərbçi KXDR-in Xalq Silahlı Qüvvələrinin Nazirliyində işləyib və onunla birlikdə 2 ailə üzvü də ölkədən qacıb.

Qeyd edilir ki, yaxınlarda general və ailə üzvləri Koreyaya göndərilə bilər. Ölkənin rəsmi hakimiyyət orqanları məlumatı hələ təsdiqləməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti