...

Useyn Bolt Olimpiadada 9 qızıl medal qazanıb

Dünya xəbərləri Materials 20 Avqust 2016 08:23 (UTC +04:00)
Əfsanəvi yamaykalı sprinter Useyn Bolt karyerasında Olimpiya Oyunlarının doqquzuncu qızıl medalını qazanıb
Useyn Bolt Olimpiadada 9 qızıl medal qazanıb

Bakı. Trend: 

Əfsanəvi yamaykalı sprinter Useyn Bolt karyerasında Olimpiya Oyunlarının doqquzuncu qızıl medalını qazanıb.
 
Trend-in İnterfaksa istinadən verdiyi xəbərə görə, Bolt Yamayka yığmasının heyətində 4x100 metr məsafəyə estafet qaçışı yarışlarında Olimpiya çempionu olub.
 
Yarışlarda Yamayka yığması (Useyn Bolt, Asafa Pauel, Nikel Aşmid və Yoxan Bleyk) 37,25 saniyə nəticə ilə 1-ci, Yaponiya 2-ci (37,60), Kanada isə 3-cü yer tutub (37,64). 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti