...

Qırğızıstan prezidenti BMT-nın Baş Məclisinin 71-ci sessiyasında iştrak etməyəcək

Dünya xəbərləri Materials 20 Sentyabr 2016 00:41 (UTC +04:00)
Qırğızıstan prezidenti BMT-nın Baş Məclisinin 71-ci sessiyasında iştrak etməyəcək
Qırğızıstan prezidenti BMT-nın Baş Məclisinin 71-ci sessiyasında iştrak etməyəcək

Bakı. Trend:

Qırğızıstan prezidenti BMT-nın Baş Məclisinin 71-ci sessiyasında iştrak etməyəcək.

Trend Qırğızıstan Prezidentinin saytına istinadən xəbər verir ki, Nyu-Yorka yollanan Almazbek Atambayev İstanbulun Atatürk Hava limanında özünü pis hiss elədi.

Həkimlərin ilkin rəyinə görə, Atambayevin ürəyində problemlər aşkarlanıb.

Bununla əlaqədar Prezident Almazbek Atambayev tibbi müayinədən keçiriləcək və bir müddət həkimlərin nəzarəti altında olacaq.

Nyu-Yorkda BMT Baş Məclisinin 71-ci sessiyasında Qırğızıstanın nümayəndə heyətinə xarici işlər naziri Abdıllayev Erlan rəhbərlik edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti