Bakı. Trend:
Ankarada polisin "təslim ol" çağırışına cavab olaraq iki terrorist özünü partladıb. Trend bu barədə "Miliyyət" qəzetinə istinadən xəbər verir.
Hər iki terrorçu-intiharçı hadisə yerində həlak olub. Hadisə yerinə polis və təcili yardım briqadaları cəlb olunub.
Həmin şəxslərin PKK-a ilə bağlı olduğu ehtimal edilir.