...

Maltada qəzaya uğrayan təyyarədə Fransa vətəndaşları olub (FOTO/VİDEO) (YENİLƏNİB)

Dünya xəbərləri Materials 24 Oktyabr 2016 13:17 (UTC +04:00)
Maltanın cənubunda təyyarə qəzasında ölən 5 nəfər Fransa vətəndaşları olub.
Maltada qəzaya uğrayan təyyarədə Fransa vətəndaşları olub (FOTO/VİDEO) (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:09-da yayılıb)

Bakı. Trend:

Maltanın cənubunda təyyarə qəzasında ölən 5 nəfər Fransa vətəndaşları olub.

Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, yüngül motorlu "Metroliner" təyyarəsi Liviyanın Misrat şəhərinə gedirmiş.

Agentlik bildirir ki, hazırda mülki şəxslərin, yoxsa hərbi qulluqçuların öldüyü məlum deyil.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini təyyarədə Aİ məmurlarının olması barədə məlumatları təkzib edib. O, "Twitter" səhifəsinə yazıb: "Reysin Aİ-nin fəaliyyətinə heç bir aidiyyəti yoxdur".

Araşdırma davam etdirilir.

X X X

12:09

Göyərtəsində Avropa İttifaqının Sərhəd xidmətinin əməkdaşları olan yüngül motorlu təyyarə Maltada qəzaya uğrayıb.

Trend-in "Times of Malta" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 5 nəfər həlak olub.

Foto və video - Haber7

Məqalədə:
Xəbər lenti

Xəbər lenti