...

Rusiya XİN-dən Türkiyəyə gedən turistlərə XƏBƏRDARLIQ

Dünya xəbərləri Materials 20 Dekabr 2016 12:11 (UTC +04:00)
Nazir müavini həm siyasi xadimlərin, həm də dinc sakinlərin hücumların qurbanı ola biləcəyini istisna etməyib.
Rusiya XİN-dən Türkiyəyə gedən turistlərə XƏBƏRDARLIQ

Bakı. Trend:

Türkiyəyə istirahətə getməyə hazırlaşan rusiyalılar ölkədəki vəziyyəti nəzərə alaraq öz planlarını diqqətlə nəzərdən keçirməlidir.

Trend TASS agentliyinə istinadən bildirir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov deyib.

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun öldürülməsini şərh edən nazir müavini həm siyasi xadimlərin, həm də dinc sakinlərin hücumların qurbanı ola biləcəyini istisna etməyib.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən gün Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti