...

Meksikada güclü partlayış: 27 ölü, 60 yaralı (VİDEO)

Dünya xəbərləri Materials 21 Dekabr 2016 09:45 (UTC +04:00)
Meksikanın Tulpetek şəhərindəki "San Pablito" fişəng bazarında güclü partlayış baş verib.
Meksikada güclü partlayış: 27 ölü, 60 yaralı (VİDEO)

Bakı. Trend:

Meksikanın Tulpetek şəhərindəki "San Pablito" fişəng bazarında güclü partlayış baş verib.

Trend-in Türkiyənin "Haber 7" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 27 nəfər həlak olub.

Meksika rəsmilərindən biri isə partlayış nəticəsində ən azı 10 nəfərin öldüyünü, 60-dan çox şəxsin yaralandığını bildirib.

"Reuters" agentliyi də ölənlərin sayının 27 nəfər olduğunu yazır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti