...

“Türk hava yolları” 200-dən çox reysi təxirə salıb

Dünya xəbərləri Materials 30 Dekabr 2016 15:40 (UTC +04:00)
“Türk hava yolları” aviaşirkəti 30 və 31 dekabr tarixləri üçün İstanbulun hava limanlarında 220 beynəlxalq və daxili reysi təxirə salıb.
“Türk hava yolları” 200-dən çox reysi təxirə salıb

Bakı. Orxan Quluzadə - Trend:

“Türk hava yolları” aviaşirkəti 30 və 31 dekabr tarixləri üçün İstanbulun hava limanlarında 220 beynəlxalq və daxili reysi təxirə salıb. Bu barədə Trend şirkətin məlumatına əsasən bildirir.

Məlumata görə, uçuşlar pis hava şəraiti ilə bağlı təxirə salınıb.

Türkiyə meteorologiya xidməti Yeni il ərəfəsində pis hava şəraitinin davam edəcəyini proqnozlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti