...

Obama İstanbuldakı terror hadisəsi ilə bağlı göstəriş verib

Dünya xəbərləri Materials 1 Yanvar 2017 05:49 (UTC +04:00)
ABŞ prezidenti Barak Obama İstanbulda baş verən terror aktından sonra Türkiyəyə lazımi kömək göstərilməsi barədə göstəriş verib
Obama İstanbuldakı terror hadisəsi ilə bağlı göstəriş verib

Bakı. Trend:

ABŞ prezidenti Barak Obama İstanbulda baş verən terror aktından sonra Türkiyəyə lazımi kömək göstərilməsi barədə göstəriş verib. Trend-in RİA Novosti-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ağ evin nümayəndəsi Erik Şults bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti İstanbuldakı terror hadisəsi barədə məlumatlandırılıb. "Prezident heç bir günahı olmayan insanların həlak olması ilə bağlı başsağlığı verib", - deyə Şults bildirib.

Qeyd edək ki, İstanbulda gecə klubuna silahlı basqın zamanı 35 nəfər ölüb, 40 nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti