...

Braziliya həbsxanasında toqquşma - Məhbuslar arasında

Dünya xəbərləri Materials 19 Yanvar 2017 20:38 (UTC +04:00)
Braziliyanın Natal şəhərindəki həbsxanada məhbuslar arasında toqquşma baş verib.
Braziliya həbsxanasında toqquşma - Məhbuslar arasında

Bakı. Trend:

Braziliyanın Natal şəhərindəki həbsxanada məhbuslar arasında toqquşma baş verib.

Trend "RİA Novosti"yə istinadən xəbər verir ki, məhbusların bölündüyü iki qrup arasında baş verən qarşıdurmanı sakitləşdirmək üçün rezin güllələrdən istifadə edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl həmin həbsxanada baş verən qiyamda 30-a qədər dustaq ölmüşdü. Natal həbsxanasında hazırda 1100 dustaq cəza çəkir.

Yanvar ayı başlayandan ölkənin müxtəlif həbsxanalarında baş verən toqquşmalarda 100-dən çox məhbus həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti