...

Tramp ABŞ prezidenti kimi ilk olaraq hansı sənədləri imzalayacaq?

Dünya xəbərləri Materials 20 Yanvar 2017 10:28 (UTC +04:00)
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bu gün inauqurasiyadan sonra prezident vəzifəsində ilk sənədləri imzalayacaq.
Tramp ABŞ prezidenti kimi ilk olaraq hansı sənədləri imzalayacaq?

Bakı. Trend:

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bu gün inauqurasiyadan sonra prezident vəzifəsində ilk sənədləri imzalayacaq.

Trend "Reuters" agentliyinə istinadən məlumat verir ki, Tramp 200-ə yaxın fərman arasından ən əhəmiyyətlilərini imzalayacaq.

Trampın komandasından olan mənbənin verdiyi məlumata görə, yeni prezident Barak Obamanın imzaladığı bir sıra sənədləri ləğv edəcək və Meksika sərhədində divarın tikilməsi ilə bağlı ilk sənədləri imzalayacaq.

Bundan başqa Donald Trampın yanvarın 21-i Mərkəzi Kəşfiyyat İdarəsinin mənzil-qərargahəna gedəcəyi məlum olub.

Xəbər lenti

Xəbər lenti