Bakı. Trend:
Suriya müxalifəti rəsmi Dəməşqlə birbaşa danışıqlara hazırdır.
Trend-in məlumatına görə, bunu Astanada RİA Novosti-yə Suriya müxalifəti nümayəndə heyətinin üzvlərindən biri deyib.
Qeyd edək ki, bu gün Astanada Suriya böhranının nizamlanması üzrə danışıqlar başlayacaq. Müzakirələrdə Suriya müxalifəti də təmsil olunacaq.