...

Tramp: Divara görə vəsait ödəmirsə, Meksika prezidenti ilə görüşməyəcəm

Dünya xəbərləri Materials 26 Yanvar 2017 19:28 (UTC +04:00)
Nyetonun yanvarın 31-ə planlaşdırılmış görüşü təxirə salınsa daha yaxşı olar.
Tramp: Divara görə vəsait ödəmirsə, Meksika prezidenti ilə görüşməyəcəm

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər Meksika hökuməti iki ölkə arasında divarın tikilməsi üçün vəsait ödəmək istəmirsə, onda Meksika prezidenti Enrike Peni Nyetonun yanvarın 31-ə planlaşdırılmış görüşü təxirə salınsa daha yaxşı olar.

Trend-in məlumatına görə, D.Tramp bunu özünün Twitter səhifəsində yazıb.

D.Tramp qeyd edib: "Əgər Meksika bu qədər vacib bir divarın inşası üçün vəsait ödəmək istəmirsə, onda gözlənilən görüşü təxirə salmaq daha yaxşıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti